Dənizkənarı Milli Parkda qəfildən dünyasını dəyişən şəxsin kimliyi məlum olub.
Oxu.Az xəbər verir ki, 39-cu Polis Bölməsindən ANS PRESS-ə verilən məlumata görə, ölən şəxs Şirvan şəhərinin Xaqani küçəsində qeydiyyatda olan Əsgərov Ramiz Böyükağa oğludur.
Həkimlər Şirvan sakininin ürəktutmasından dünyasını dəyişdiyini bildirib.
Mərhumun meyiti aidiyyatı üzrə təhvil verilib.
21:20
Bakı bulvarında insanları təşvişə salan hadisə yaşanıb.
Belə ki, bu dəqiqələrdə təxminən 45-55 yaşlı kişi Dənizkənarı Milli Parkın ərazisində huşsuz vəziyyətdə uzanıb.
Oxu.Az Milli.Az-a istinadən xəbər verir ki, kişi getdiyi yerdə müvazinətini itirib və qəfil yıxılıb. Onun ətrafına xeyli sayda insan toplaşıb.
Polis işçiləri hadisə yerində gəliblər.
İlkin tibbi yardım göstərilməsinə, süni nəfəs verilməsinə baxmayaraq kişi dünyasını dəyişdi.
O da bildirildi ki, təxminən yarım saat öncə təcili tibbi yardım stansiyasına hadisə ilə bağlı məlumat verilsə də, hələ ki, həkim briqadası hadisə yerinə gəlməyib.