Yanvarın 7-də Dənizkənarı Milli parkda intihara cəhd etmiş şəxsin kimliyi məlum olub.
Daxili İşlər Nazirliyindən (DİN) Oxu.Az-a verilən məlumata əsasən, həmin şəxs Ağcabədi rayon sakini, ruhi xəstə Sənubər Əhmədovadır.
DİN araşdırmalar aparır.
7 yanvar
Bu gün günorta saatlarında Dəniz kənarı Milli Park ərazisində bir nəfər intihara cəhd edib.
Fövqəladə Hallar Nazirliydən Oxu.Az-a verilən məlumata əsasən, Dövlət Sularda Xilasetmə Xidmətinə daxil olmuş məlumata əsasən, Bakı şəhəri, Səbail rayonunda Dəniz kənarı Milli Park ərazisində 1 nəfər intihar etmək məqsədilə özünü dənizə atıb.
Dərhal FHN-nin dalğıc-xilasediciləri hadisə yerinə cəlb olunub. Həmin şəxs dalğıc-xilasedicilər tərəfindən xilas edilib və aidiyyəti üzrə təhvil verilib.