Dənizkənarı Milli Parkda intihara cəhd olub.
Oxu.Az-ın Fövqəladə Hallar Nazirliyinin saytına istinadən verdiyi məlumata görə, Bakının Səbail rayonunda Dənizkənarı Milli Park ərazisində (ən yaxınlıqdakı xilasetmə məntəqəsindən 1 km sola nəzarətsiz ərazidə) 1 nəfər intihar etmək məqsədilə özünü dənizə atıb.
Fövqəladə Hallar Nazirliyinin dalğıc-xilasediciləri hadisə yerinə cəlb olunaraq vətəndaşı xilas edərək aidiyyəti üzrə təhvil veriblər.
E.Ə.
www.oxu.az