Ən son xəbərləri bizim "WhatsApp" kanalımızda izləyin
Bulvarın icarəyə verilməsi mümkündürmü? - AÇIQLAMA + FOTO
“Dənizkənarı Bulvar İdarəsi publik hüquqi şəxsdir. Dövlət vəsait qoyur, idarəçiliyi təmin edir. Publik hüquqi şəxslər dünyada çox yayılıb, özünü də doğruldub. Hesab edirəm, bu status pis deyil. Azərbaycanda bu status məqbul sayıla bilər, amma idarəçilikdən asılıdır. Əvvəlki illərdə Dənizkənarı Bulvar İdarəsi ziyanla işləyib, düzgün rəhbərlik olanda isə, deməli, müəyyən xeyir gətirə bilər. İş düzgün qurulmalıdır, bu istiqamətdə getməlidir”.
Bu sözləri Pravda.az-a Milli Məclisin İnsan hüquqları komitəsinin sədr müavini Tahir Kərimli Dənizkənarı Bulvar İdarəsinin 2008-ci ildən 2021-ci ilə qədər ziyanla işləməsi barədə müzakirələri şərh edərkən deyib.
Deputat Dənizkənarı Bulvar İdarəsinin daha peşəkar biznesmenlərdən birinə həvalə olunması barədə təkliflərə isə belə cavab verib: “Dənizkənarı Bulvar İdarəsinin kiməsə icarəyə verilməsi mümkündür. Bütövlükdə Bulvar xidmətinin icarəyə verilməsi, yaxud Bulvardakı ayrı-ayrı obyektlərin kimlərəsə icarəyə verilməsi də mümkündür. Bu məsələdə bir qədər tərəddüd edirəm, çünki Bulvar Milli Parkdır. Dövlət əhəmiyyətli yerdir. Məsələn, Batumidə bu necədir? Özəl mülkiyyətə verilib, ya yox? Bunu mütəxəssislərin ciddi şəkildə araşdırması lazımdır. Ümumiyyətlə, optimallaşdırma lazımdır. Bakı dünyanın ən gözəl şəhərlərindən biridir. Ona gözəllik verən sovet dövrünün Bulvarı, dənizkənarı parkıdır. Bulvarın sahəsi xeyli artırılıb, böyüyüb. Burada işləri çox ciddi şəkildə təşkil etmək lazımdır. Bilirik ki, dövlət başçısı bu sahəyə xüsusi qayğı göstərir. Sahənin böyüdülməsi, inkişafı istiqamətində dəfələrlə dövlət proqramları qəbul olunub. İşi güclü təşkil edən mütəxəssis lazımdır. Dənizkənarı Bulvar İdarəsinin yeni rəhbərliyi ümidləri doğruldacaq, ya yox, buna qiyməti yuxarı icra orqanları verəcək. Hər halda biz də arzulayırıq ki, Dənizkənarı Bulvar İdarəsində işlər yaxşı getsin, daha gözəl olsun, yaxşı xidmət göstərilsin”.
"Milli Məclis" teqi üzrə xəbərlər
- "Azərbaycan multikulturalizmi: Təcrübə, ənənə və müasir çağırışlar" mövzusunda panel müzakirə keçirilib
- Din Xadimlərinin Forumunda panel müzakirə keçirilib
- Söyüdlü qızıl yatağının işlənməsinə icazə veriləcək
- "Ermənistan Qərb ölkələrinin təxribatlarında alət olmamalıdır" - RƏY
- Ruben Vardanyanın oğlu Azərbaycana qarşı kampaniyanı maliyyələşdirənlərdən olub - HESABAT