Ən son xəbərləri bizim "Instagram" səhifəmizdə izləyin

Buraxılış imtahanında 300 bal toplayan şagird seçəcəyi universiteti AÇIQLADI
Bakı şəhəri 272 nömrəli tam orta məktəbin şagirdi Sona Nurməmmədli buraxılış imtahanında 300 bal toplayaraq nümunəvi nəticə göstərib.
Oxu.Az-ın məlumatına görə, təəssüratlarını AZƏRTAC-la bölüşən Sona deyir ki, bu uğurun arxasında yorulmadan, fasiləsiz çalışmaq və məqsədə sadiqlik dayanır: "Gecə-gündüz yatmırdım, oxuyurdum. Əzmlə çalışırdım və bu gün bu əziyyətimin nəticəsini görmək məni çox sevindirir".
Məktəbli qeyd edib ki, bütün fənlərə bərabər yanaşıb, çətinlik çəkmədən hazırlaşıb: "Mənim üçün çətin fənn olmayıb. Dərslərə hər gün gedirdim, məktəbdə verilən biliklər mənə çox kömək etdi".
Gələcək planlarından danışan Sona Azərbaycan Tibb Universitetini (ATU) seçmək fikrində olduğunu deyib.
Xatırladaq ki, tam (11 illik) orta təhsil səviyyəsi üzrə martın 2-də keçirilən buraxılış imtahanının nəticələri elan olunub. İmtahan iştirakçıları arasında 23 nəfər 300 bal toplamaqla ən yüksək nəticəni göstərib.
"İmtahan nəticələri" teqi üzrə xəbərlər
- Rezidenturaya qəbul imtahanının birinci mərhələsinin nəticələri açıqlanıb
- Aprelin 6-da keçirilən imtahanların nəticələri elan olunub
- Psixoloq: "Bəzi valideynlər uğursuz imtahan nəticələrini uşağın həyatının məhvi sayırlar"
- Abituriyentlərin imtahanda ingilis dili fənnindən daha yüksək nəticə göstərməsinin səbəbi nədir?
- Buraxılış və Azərbaycan dili imtahanının nəticələri açıqlandı