Biz buraxılış imtahanları ilə qəbul imtahanlarını birləşdirməyə hazırlaşırıq.
Oxu.Az xəbər verir ki, bu sözləri dövlət imtahan mərkəzinin rəhbəri Məleykə Abbaszadə ANS TV-nin “Hesabat” verilişində Mir Şahinin suallarını cavablandırarkən deyib.
Test üsulunu gələcək aqibətindən, test üsuslun tənqid edənlərdən, qəbul imtahanlarında dəyişikliklərdən danışan Məleykə Abbaszadə hazırda təhsil sistemində mövcud olan iki imtahan-buraxılış və qəbul imtahanlarının fərqli məqsədlər daşıdığını bidirib.
Məleykə Abbaszadə test üsulunun bütün dünyada tətbiq edildiyini və xüsusi bir elm olduğunu, bu sahədə qərarların mütəxəssislər tərəfindən veriləməsinin vacibliyini qeyd edib.
“Bununla əlaqədar hansısa sorğu keçirmək düzgün deyil. Çox təəssüflər olsun ki, kimsə özü-özünü ekspert kimi təqdim edir, xüsusilə cavan ekspertlər.
Onlar mütəxəssis kimi hansı ali məktəbi bitiriblər, hansı nailiyyətləri var, onların yazdığı məqalələr nədən ibarətdir? Bu bir səthi yanaşmadır...” - deyə şura sədri fikrini izah edib.
Buraxılış imtahanlarında minimal tələblərin qoyulduğunu, bu imtahanlarda ən zəif bilənlərin orta və zəif oxuyanlardan seçilməsinin əsas məqsəd olduğunu söyləyən Məleykə Abbaszadə qəbul imtahanlarında isə tam əksinə yaxşı bilən şagirdlərin arasında ən yaxşı bilənlərinin seçilməsinin əsas məqsəd olduğunu vurğuladı.
“Buraxılış imtahanları ilə qəbul imtahanlarını birləşdirmək buraxlış imtahanında fənlərin sayını, sualların çətinlik dərəcəsini artırmaq deməkdir. Buna, hələ ki, bizim reallıqda məktəblərimiz hazır deyillər.
Lakin biz öz tərəfimizdən buna hazırlaşırıq. Mən hesab edirəm ki, yeni kurikumla təhsil alan şagirdlər - 1-ci sinfə 2008-ci ildə gedən uşaqlar 9-cu sinfə buraxılış imtahanı verəndə bu tamamilə ayrı növ imtahanlar olacaq.
Orada biz uşaqların yazı qabiliyyətini təkcə test sulları ilə yox, eyni zamanda müxtəlif yeni növ suallarla yoxlayacağıq”, - deyə qonaq əlavə edib.
E.Ə.
www.oxu.az