Ən son xəbərləri bizim "Facebook" səhifəmizdə izləyin

Buzovnada YANĞIN OLUB
Bakının Buzovna qəsəbəsi ərazisində yanğın hadisəsi baş verib.
Oxu.Az xəbər verir ki, ərazidə qatı tüstü qatı müşahidə olunub.
Fövqəladə Hallar Nazirliyinin (FHN) Mətbuat Xidmətindən Oxu.Az-ın sorğusuna cavab olaraq bildirilib ki, "112" qaynar telefon xəttinə Xəzər rayonu, Buzovna qəsəbəsi ərazisində yanğın baş verməsi barədə məlumat daxil olub.
"Dərhal əraziyə FHN-in Dövlət Yanğından Mühafizə Xidmətinin qüvvələri cəlb olunublar. Yanğınsöndürənlər tərəfindən həyata keçirilən zəruri və təxirəsalınmaz tədbirlər sayəsində açıq ərazidə neft tullantıları sahəsində baş vermiş yanğın genişlənməsinə imkan verilmədən qısa müddətdə söndürülüb.
Ərazidən keçən yüksəkgərginlikli elektrik xətləri yanğından mühafizə olunub", - deyə məlumatda bildirilir.
Əzizə İsmayılova