Ən son xəbərləri bizim "X" səhifəmizdə izləyin

Cabir İmanov: Çox yazığsınız, özümüzü öldürən elə siz olacaqsız – FOTO
“Bakılı oğlanlar” komandasının aktyoru Cabir İmanov sosial şəbəkədə tanınmışları təhqir edənlərə səslənib.
Oxu.Az-ın məlumatına görə, aktyor İnstagram-da aşağıdakı fikirləri bölüşüb:
““Vətəni sevməyən insan olmaz. Olsa da, o şəxsdə vicdan olmaz”. Bəzi vicdansız insanlar düşünmədən vətənin əleyhinə şərhlər yazır, bilmirsən kimdir “bunlar”, azərbaycanlıdırlar, yoxsa erməni. “Bəs sən gedəcəksən?...”, “Gözlə, gələcək əmr...” və s. kimi şərhlər yazan insanlar, ömrünü İnstagram-a qurban verənlər, Allah sizə ağıl versin. Çox yazığsınız, əmr gələndə, siz heç getməyin, çünki özümüzü öldürən elə siz olacaqsınız. Vətənini hər zaman qorumağa hazır olan vətəndaş, düzgün tərbiyə almış vətən övladıdır.
Birincisi, onun bütün ailə üzvləri bilir ki, babası, atası, qardaşı, həyat yoldaşı hər an müharibəyə gedə bilər və vətən uğrunda şəhid ola bilər. İkincisi, nəyə görə müharibəyə gedib ölməkdən başqa heç nəyi düşünmürük? Müharibəyə qələbə əhval-ruhiyyəsi ilə gedəcəyik. Bayrağımızı Şuşa Qalasına sancacağıq. Odur ki, əmrinizi gözləyirik, Cənab Ali Baş Komandan! Mən vətənimi, millətimi, dövlətimi sevən adamam. Əgər bu prinsiplərimə hörmət etmirsinizsə, onda mənim səhifəmdə sizin işiniz yoxdur”.
"Bakı" teqi üzrə xəbərlər
- Bakıda zəcirvari qəza baş verdi: Bir maşın AŞDI
- Bakının hansı əraziləri fərdi yaşayış evi tikmək üçün əlverişlidir?
- Bakıda müğənninin qızı rəfiqələrinə qoşulub evdən qaçdı
- Tullantıdan elektrik enerjisinə gedən yol - Zavoddan FOTOREPORTAJ
- Bakıda maskalı şəxs lombarda silahlı basqın edib - ANBAAN GÖRÜNTÜLƏR