Ən son xəbərləri bizim "Facebook" səhifəmizdə izləyin
"CARSCHARGE" ilə "RAHAT" və "BOLMART" supermarket şəbəkələri əməkdaşlığa başlayıb
"CARSCHARGE" elektrik doldurma şəbəkəsi "RAHAT" və "BOLMART" supermarket şəbəkələri ilə əməkdaşlığa başlayıb.
Hazırda "GRANDMART" və "MEGASTORE" supermarket şəbəkələri ilə də əməkdaşlıq barədə razılıq əldə edilib ki, bu da Azərbaycan üzrə hər il 100-ə qədər stansiyanın açılmasına kömək edəcək.
Sözügedən tədbirdə Baku TV-nin çəkiliş qrupu da iştirak edib.
Həmin görüntüləri təqdim edirik:
"CARSCHARGE" ilə "RAHAT" və "BOLMART" supermarket şəbəkələri arasında əməkdaşlığın başlanması elan edilib.
Oxu.Az xəbər verir ki, "CARSCHARGE" şəbəkəsinin təsisçisi, iş adamı Adnan Əhmədzadə məsələ ilə bağlı bildirib:
"Azərbaycanda elektrikli və hibrid avtomobillərin sayı hər il artır. Media resurslarındakı çoxsaylı məlumatlardan göründüyü kimi, hökumətin "Azərbaycan 2030" strategiyası çərçivəsində hədəf vəzifələrindən biri ölkədə "yaşıl" nəqliyyatın inkişafıdır. Azərbaycan COP29 konfransının keçirilməsi üçün təsadüfən seçilməyib. Bu, Azərbaycan üçün 2024-cü ilin ən mühüm hadisəsi və ölkənin "yaşıl" iqtisadiyyata keçid strategiyasının məntiqi davamı hesab edilə bilər.
Bildiyimiz kimi, ötən il Azərbaycana 3 000-dən çox elektromobil və 14 000 ədəd hibrid avtomobil idxal edilib. 2024-cü ilin yanvar-mart aylarında respublikaya 3 500-dən çox hibrid və təxminən 800 elektromobil gətirilib. Bu ilin iyul ayına olan vəziyyətə görə, dövlət tərəfindən 104 elektrikdoldurma məntəqəsi istifadəyə verilib. Özəl sektorun nümayəndəsi olaraq biz ölkə sakinlərinə maksimum əlçatan olması üçün Azərbaycanda elektrikdoldurma stansiyaları seqmentini dəstəkləmək və inkişaf etdirmək istəyirik".
A.Əhmədzadənin sözlərinə görə, şirkət ötən ilin oktyabr ayından Azərbaycan bazarında uğurla fəaliyyət göstərir və bu günə qədər artıq elektromobillər üçün 20-dən çox elektrikdoldurma stansiyasını işə salıb.
O bildirib ki, hazırda "GRANDMART" və "MEGASTORE" supermarket şəbəkələri ilə də əməkdaşlıq barədə razılıq əldə edilib ki, bu da Azərbaycan üzrə hər il 100-ə qədər stansiyanın açılmasına kömək edəcək.
"RAHAT" və "BOLMART" supermarket şəbəkələri Azərbaycanın ən böyük şəbəkələrindən biridir və biz qurulmuş əməkdaşlıqdan məmnunuq. Əminəm ki, birgə səylərlə Azərbaycanın davamlı "yaşıl" gələcəyinə öz töhfəmizi verə biləcəyik", - deyə iş adamı fikrini yekunlaşdırıb.
Həmçinin, şirkətdən bildirilib ki, "CARSCHARGE" özünün işləyib hazırladığı mobil tətbiqə malikdir. Bu tətbiqi "Android" istifadəçiləri üçün "Google Play"dən, "iOS" istifadəçiləri üçün isə "App Store"dan yükləmək mümkündür. Tətbiq istifadəçilərin elektrikdoldurma stansiyalarından istifadəsini əhəmiyyətli dərəcədə asanlaşdıracaq.
Daha çox foto burada: PhotoStock.Az
Əzizə İsmayılova
Rəylər