Ən son xəbərləri bizim Telegram kanalımızda izləyin
"Ludoqorets"in baş məşqçisi: "Qarabağ" açıq futbol oynayırdı"
"Qarabağ" açıq futbol oynayırdı".
Oxu.Az xəbər verir ki, bunu "Ludoqorets"in (Bolqarıstan) baş məşqçisi Qeorqi Dermendjiev UEFA Çempionlar Liqasının III təsnifat mərhələsinin "Qarabağ"la ilk matçından sonra mətbuat konfransında deyib.
69 yaşlı mütəxəssis 1:2 hesabı ilə qalib gəldikləri görüşü dəyərləndirib:
"Öz səhvimizdən rəqibə qol imkanı yaratdıq. Futbolçumun ayağının iki tərəfdən sınmasına görə məyusam. "Qarabağ" hücuma çox futbolçu ilə çıxırdı. Bu səbəbdən əks-hücumlara üstünlük verirdik. Matç hələ bitməyib. Oyunun davamı Bolqarıstanda olacaq. İki futbolçumun olmaması bizim üçün itkidir.
Qeyd edək ki, "Ludoqorets" və "Qarabağ" arasındakı cavab görüşü avqustun 13-də "Ludoqorets Arena"da gerçəkləşəcək.
Anar Həsənov
"Ludoqorets" teqi üzrə xəbərlər
- "Qarabağ"ın imza atdığı Avropa rekordu rəsmiləşib
- "Qarabağ" "Dinamo Zaqreb"lə matça itkilərlə çıxacaq
- Bolqarıstan klubunun baş məşqçisi "Qarabağa"la oyundan sonra komandadan göndərildi
- Qurban Qurbanov: "Ludoqorets" qarşısında yaxşı nəticə üçün bütün gücümüzü sərf edəcəyik"
- "Ludoqorets"in baş məşqçisi: "Futbolçularım heç nədən qorxmur və hər görüşdə qol vururlar"
Rəylər