Fatih Tekke ilə yollarını ayıran Türkiyənin "Trabzonspor" klubunun yeni baş məşqçisi müəyyənləşib.
Oxu.Az xəbər verir ki, bu barədə klubun mətbuat xidməti məlumat yayıb.
Bildirilib ki, Tomas Raysın komandanın baş məşqçisi təyin olunduğunu açıqlayıb. 52 yaşlı mütəxəssislə imzalanan müqavilənin detalları açıqlanmayıb.
Qeyd edək ki, Tomas Rays daha əvvəl Türkiyədə "Samsunspor"a rəhbərlik edib. Almaniyalı mütəxəssis son olaraq Bolqarıstanın "Ludoqorets" klubunda çalışıb.

Qaynar xətt:
(055) 224 12 12