Ən son xəbərləri bizim "Facebook" səhifəmizdə izləyin
Azərbaycanda un və çörək ucuzlaşa bilər
Azərbaycanın buğda aldığı yeganə ölkə Rusiya 2024-cü ilin avqustun 7-dən bu məhsulun ixracına tətbiq etdiyi rüsumu iki dəfə azaldacaq.
Həmçinin Qazaxıstanın Kənd Təsərrüfatı Nazirliyi Azərbaycana 1 milyon tondan çox buğda tədarük etməyə hazır olduğunu bəyan edib.
Bu göstərici 2023-cü ildə ölkəyə gətirilən buğdanın 85 faizinə bərabərdir.
Bəs bu amillər Azərbaycana idxal olunan buğdanın qiymətinə necə təsir edə bilər?
İqtisadçı Eldəniz Əmirov mövzu ilə bağlı bildirib ki, buğda idxalı böyük həcmdə icra edildiyi üçün dünya bazarında baş verən bahalaşma Azərbaycana dərhal təsir etmir.
"İdxal edilmiş buğdanın qiymətində ucuzlaşma olarsa, biz bunu unun və çörəyin qiymətində də görə bilərik", - deyə o əlavə edib.
Daha ətraflı Baku TV-nin süjetində:
"Baku TV" teqi üzrə xəbərlər
- Xronika: "Eçmiədzin 1920-ci ilə qədər udiləri erməniləşdirmək siyasəti apardı"
- S.Ə.S serialı "YouTube"dan niyə silindi? - Mehdi Sadiq hər şeyi DANIŞDI
- Ginekoloq Yeganə Əliyeva xəstədən qəbuluna gəlmədən pul tələb edir - FOTOFAKT
- Ölkəyə gətirilən portağallar təhlükə saçır - İDDİA
- Gədəbəy istiqamətində nə baş verir? - Xəbərlərin 20:00 buraxılışı
Rəylər