CVN internet televiziyasının səkkiz əməkdaşı işdən ayrılıb.
Oxu.Az xəbər verir ki, bu barədə televiziyanın əməkdaşı Günel Xəzəl sosial şəbəkə hesabında paylaşıb.
O bildirib ki, baş prodüserin əməkdaşlarla qeyri-insani rəftarı onları cana doydurub:
“Dünən CVN (Cavan) televiziyasının mən də daxil olmaqla, səkkiz əməkdaşı efiri yarımçıq qoyaraq, işi tərk edib. Buna səbəb baş prodüser Ülvira Qarayevanın işçilərlə qeyri-insani rəftarı, təhqir və şəxsiyyəti alçaltması olub”.
Kanalın əməkdaşı bildirib ki, oxşar səbəblərə görə bundan əvvəl də bir neçə tanınmış jurnalist işini tərk edib.

Oxu.Az yeniləndi!