Ən son xəbərləri bizim "X" səhifəmizdə izləyin
Çavuşoğlu: Çində qalan azərbaycanlı tələbələri Türkiyə təyyarəsi gətirəcək
Türkiyənin Xarici İşlər naziri Mövlud Çavuşoğlu koronavirusla bağlı Çində qalan azərbaycanlılarla bağlı danışıb.
Mövlud Çavuşoğlu Modern.az-a açıqlamasında məsələni diqqətdə saxladıqlarını deyib.
“Virus yayılan bölgədə yeddi azərbaycanlının olması barədə məlumatımız var. Yaxın vaxtlarda Türkiyədən Çinə təyyarə gedəcək və orada qalan Türkiyə vətəndaşlarını gətirəcək”.
Çavuşoğlu qeyd edib ki, azərbaycanlı tələbələr də Türkiyə təyyarəsi ilə gətiriləcək:
“Artıq məlum məsələ ilə bağlı Rəcəb Tayib Ərdoğanla danışmışam və Azərbaycan tərəfinə də bu barədə məlumat verilib. Orada qalan azərbaycanlı tələbələr Türkiyə təyyarəsi ilə gətiriləcək”.
"Çin" teqi üzrə xəbərlər
- Çində qorxunc mənzərə: Şirkət işçilərini alov udmağa məcbur etdi
- Azərbaycan XİN Çinə başsağlığı verib
- Çempionlar Liqasının ikiqat qalibi olan peşəkar klub statusunu itirib
- Çindən sonra Qazaxıstanda da metapnevmovirusa yoluxma qeydə alındı
- Çindən dünyaya yeni pandemiya təhlükəsi: Metapnevmovirus yayılır