Qarabağda, təmas xəttində erməni əsgər öldürülüb.
Oxu.Az xəbər verir ki, ANS PRESS-in bölgə müxbirinin məlumatına görə, hadisə şənbə günü, iyulun 5-də qeydə alınıb.
Belə ki, ermənilər Füzuli rayonu, Şükürbəyli kəndi ərazisində atəşkəsi növbəti dəfə pozublar. Ermənilər aramsız şəkildə kəndi gülləbaran ediblər.
Azərbaycan Silahlı Qüvvələri ermənilərə cavab atəşi açıb. Atışmadan sonra təmas xəttində erməni əsgərinin meyidi qalıb.
Kənd sakinlərinin ANS PRESS-in bölgə müxbirinə verdikləri məlumata görə, ermənilər sonra öldürülən hərbçilərinin meyidini aparıblar.