Cəbrayıl rayonunun Şükürbəyli kəndinə qayıdan ailələrə evlərin açarları təqdim olunub.
Oxu.Az "Report"a istinadən xəbər verir ki, açarların təqdim edilməsi mərasimində sakinlər mina təhlükəsizliyi qaydaları haqqında məlumatlandırılıblar.
Cəbrayıl rayonunun Şükürbəyli kəndinə yola salınan köç karvanı təyinat yerinə çatıb.
Oxu.Az "Report"a istinadən xəbər verir ki, ailələri Qaçqınların və Məcburi Köçkünlərin İşləri üzrə Dövlət Komitəsi, Cəbrayıl, Qubadlı və Zəngilan rayonlarında Prezidentin xüsusi nümayəndəliyi və Cəbrayıl, Qubadlı və Zəngilan rayonlarında Bərpa Tikinti və İdarəetmə Xidmətinin əməkdaşları qarşılayıblar.
Qeyd edək ki, bu mərhələdə Şükürbəyliyə 15 (86 nəfər) ailə köçürülüb.
Cəbrayıl rayonunun Şükürbəyli kəndinə daha 15 ailə yola salınıb.
Oxu.Az "Report"a istinadən xəbər verir ki, bu mərhələdə Şükürbəyli kəndinə 15 (86 nəfər) ailənin daimi qayıdışı təmin olunub.
Qeyd edək ki, köç edənlər ölkənin müxtəlif yerlərində, əsasən yataqxanalarda, sanatoriya və inzibati binalarda müvəqqəti məskunlaşmış ailələrdir.