“Podkast kimi adam” layihəsinin yeni buraxılışı yayımlanıb.
Oxu.Az xəbər verir ki, Səməd Mehribanın təqdimatında yayımlanın podkastın budəfəki qonağı, aparıcı-jurnalist, diksiya üzrə təlimçi, “Diksiya Akademiyası” MMC-nin təsisçi və rəhbəri, “Danışığınla həyatı qazan” kitabının müəllifi Cəlalə Nəzəroğlu olub.
Podkastın qonağı parazit sözlərin yaranma səbələrindən, dövlət və özəl müəssisələrinin çağrı mərkəzlərindəki çatışmazlıqlardan danışıb. Təlimçi bədəninin müxtəlif nahiyələrini süni formada şişirdən və ya arıqlamaq üçün “bıçaq altına girən” qadınlar haqqında fikirlərini paylaşıb. Qonaq həmçinin bəzi insanların bəhsə xatir, kredit götürmələri mövzusuna da toxunub.
Ətraflı videonu təqdim edirik: