Ən son xəbərləri bizim "X" səhifəmizdə izləyin
Cəlilabadda baş verən qəzada sürücülər xəsarət alıb
Cəlilabadda yol-nəqliyyat hadisəsi baş verib.
Oxu.Az APA-ya istinadla xəbər verir ki, hadisə köhnə Ələt-Astara avtomagistralında, Cəlilabad rayonunun Alar kəndi ərazisində qeydə alınıb.
Belə ki, hərəkətdə olan iki "VAZ-2107" markalı minik avtomobili toqquşub. Qəza nəticəsində sürücülər xəsarət alıblar.
Xəsarət alan sürücülər Cəlilabad Rayon Mərkəzi Xəstəxanasına çatdırılıblar. Hər iki sürücünün Alar kəndindən olduğu bildirilir.
Faktla bağlı araşdırma aparılır.
"Cəlilabad rayonu" teqi üzrə xəbərlər
Ən çox oxunanlar
Rəylər