Cəlilabad rayonunda fərdi yaşayış evində yanğın baş verib.
Oxu.Az xəbər verir ki, hadisə rayonun Kazımabad kəndində qeydə alınıb.
Adil Əliyevə məxsus, kürsülü və birmərtəbəli, sahəsi 80 kvadratmetr olan evdə qəfil yanğın başlayıb. Hadisə yerinə Fövqəladə Hallar Nazirliyinin (FHN) müvafiq qüvvələri cəlb olunub. Yanğın nəticəsində ev əşyaları ilə birlikdə tamamilə yanıb.
Məlumata görə, ev təxminən bir ay əvvəl alınıb.
Faktla bağlı araşdırma aparılır.
İqbal Ziya
Qaynar xətt:
(055) 224 12 12