Ən son xəbərləri bizim "Facebook" səhifəmizdə izləyin
Cəlilabadda yanan evdən xilas edilən azyaşlının vəziyyəti açıqlandı
Cəlilabadda yanğın zamanı tüstüdən zəhərlənən beş yaşlı R.İ-nin vəziyyəti ağır olaraq qalır.
Bu barədə APA-nın cənub bürosuna Cəlilabad Rayon Mərkəzi Xəstəxanasının Təcili Yardım Şöbəsinin həkimi Arzu Cəfərli məlumat verib.
Bildirilib ki, 8 sentyabr 2024-cü il, saat 14:20-də 2019-cu il təvəllüdlü azyaşlı qız tüstüdən zəhərlənmə diaqnozu ilə Cəlilabad Rayon Mərkəzi Xəstəxanasının Təcili Yardım Şöbəsinə daxil olub:
"Təxirəsalınmaz qaydada xəstə reanimasiya şöbəsinə yerləşdirilib və intensiv reanimasion yardım tədbirləri icra olunub. Hazırda xəstənin vəziyyəti ağır olaraq qalır. Müalicə və müşahidə davam edir".
Cəlilabad şəhərində yanan evdəki azyaşlı xilas edilərək rayon xəstəxanasına çatdırılıb.
APA-nın xəbərinə görə, digər azyaşlının evdə olması barədə ilkin məlumat təsdiqini tapmayıb, o, evdən kənarda olub.
Onu da qeyd edək ki, ana iki azyaşlı uşağı ilə həmin evdə kirayə qalıb. O, işləmək üçün Cəlilabad rayonunun kəndlərindən birindən şəhərə köçüb.
Cəlilabadda fərdi yaşayış evi yanır.
APA-nın verdiyi xəbərə görə, Cəlilabad rayonu Azərbaycan küçəsində yaşayış evində yanğın bas verib.
Yanğın zamanı iki azyaşlı uşaq evdə qalıb.
Hazırda Fövqəladə Hallar Nazirliyinin müvafiq bölmələri onların xilası üçün çalışırlar.
"Yanğın hadisəsi" teqi üzrə xəbərlər
- Xırdalanda yaşayış binasında dəhşətli PARTLAYIŞ: Yaralılar var
- Masallıda fərdi yaşayış evində PARTLAYIŞ: Xəsarət alan var
- Sumqayıtda yanğın olub: Səkkiz nəfər bina sakini təxliyə edilib
- Sumqayıtda zavodlardan birinin həyətində başlayan yanğın söndürüldü
- Sarayda yaşayış binasında baş verən yanğında xəsarət alan şəxsin son durumu AÇIQLANDI
Rəylər