Ən son xəbərləri bizim "Instagram" səhifəmizdə izləyin
Cəlilabadda fərdi ev tamamilə yanıb - VİDEO
Cəlilabad rayonunda fərdi yaşayış evi yanıb.
“Report”un Muğan bürosunun məlumatına görə, hadisə rayonun Kövüzbulaq kəndində qeydə alınıb.
Belə ki, kənd sakini Şahgəldi Əhmədova məxsus 200 kvadratmetr sahəsi olan evdə yanğın baş verib. Hadisə yerinə yanğınsöndürən və texnikaların cəlb olunmasına baxmayaraq, ev tamamilə yanıb.
Hadisə nəticəsində xəsarət alan olmayıb.
Faktla bağlı araşdırma aparılır.
Ən çox oxunanlar
Rəylər