Ən son xəbərləri bizim Telegram kanalımızda izləyin
Ceyhun Bayramovdan koronavirus dövründə tədrisin məhdudlaşdırılması ilə bağlı AÇIQLAMA
“Azərbaycanda koronavirusa yoluxma halı ilk aşkar edilən gündən dərhal sonra Prezident İlham Əliyevin tapşırığına əsasən, mart ayının 2-dən tədrisin dayandırılması barədə qərar verildi”.
Oxu.Az-ın məlumatına görə, bunu Nazirlər Kabineti yanında operativ qərargahın KİV nümayəndələri üçün keçirdiyi brifinqdə Təhsil naziri Ceyhun Bayramov bildirib.
Onun sözlərinə görə, qəbul edilən qərar məhdudlaşdırıcı tədbir olub:
“Bu qərar qəbul edilən zaman dünyanın 12 ölkəsində oxşar tədbirlər görülmüşdü. Daha sonrakı dövrlərdə 191 ölkədə oxşar məhdudlaşdırıcı tədbirlərin həyata keçirilməsinə başlandı”.
“Bu, Azərbaycan dövləti tərəfindən insanların sağlamlığı və təhlükəsizliyini nəzərə alaraq qərarların qəbul edilməsinin göstəricisidir”, - deyə C.Bayramov qeyd edib.
İlhamə Əbülfət
"Azərbaycanda koronavirus" teqi üzrə xəbərlər
- Viruslar yenidən AKTİVLƏŞİR - Qarşıdakı aylarda koronavirusa yoluxma arta BİLƏR?
- Bu xəbərləri qaçırmayın: 02.10.2024-ün ən mühüm hadisələri
- Azərbaycanda koronavirusla bağlı epidemioloji vəziyyət açıqlanıb - RƏSMİ
- Azərbaycanda COVID-19-un hansı ştamı yayılıb? - Təyyar Eyvazov AÇIQLADI
- Bu xəbərləri qaçırmayın: 22.08.2024-ün ən mühüm hadisələri
Rəylər