Neftçala rayonunun Şirvanlı çimərliyində antisanitar vəziyyət yaranıb.
Oxu.Az Baku TV-yə istinadən xəbər verir ki, istirahət məqsədilə əraziyə üz tutan bəzi vətəndaşlar tullantılarını sahildə və dəniz kənarında qoyaraq ətraf mühitin çirklənməsinə səbəb olublar.
Sözügedən əraziyə gələn sakinlər isə bildiriblər ki, çimərliyə nəzarət edən yoxdur.
Nəticədə ətrafda xoşagəlməz mənzərə yaranır və bu da həm sağlamlıq, həm də ekoloji baxımdan ciddi narahatlıq doğurur.
Oxu.Az-ın əldə etdiyi məlumata görə, polis və aidiyyəti qurumların əməkdaşları tərəfindən ərazidə olan neqativ antisanitar vəziyyət aradan qaldırılıb.