Mərkəzi Çində Henan əyalətində dünən - mayın 25-də qocalar evində baş verən yanğın nəticəsində 38 nəfər həlak olub, daha 6 nəfər isə yaralanıb, bu barədə Sinxua agentliyi bildirib.
Oxu.Az RBK-ya istinadən xəbər verir ki, nəşrin məlumatına əsasən altı yaralıdan ikisinin vəziyyəti ağırdır.
Qeyd edilib ki, qocalar evində yanğın bazar ertəsi baş verib, agentliyin məlumatına əsasən yanğın təxminən dörd saat sonra söndürülüb.
Hal-hazırda xilasetmə əməliyyatı və hadisənin nəticələrinin aradan qaldırılması üzrə intensiv rejimdə iş aparılır.
Xatırladaq ki, daha öncə Çinin cənubi-qərbində Quyçjou vilayətində içində sərnişinlər olan avtobus çaya düşmüşdü, nəticədə 21 nəfər həlak olmuşdu. Bundan başqa, daha üç nəfər yaralanmışdı.
E.Ə.
www.oxu.az