İnternetdə 1992-ci ildə Çingiz Mustafayev tərəfindən çəkilmiş və indiyədək geniş şəkildə yayılmamış videogörüntülər yayılıb.
Oxu.Az xəbər verir ki, videokadrları izlədikdə oradakı hadisələrin Xocalı faciəsindən sonra baş verdiyini anlamaq olar. Kamera qarşısında dayanan döyüşçülərimizin çıxışlarından və qadınlara təbrik ünvanlamasından isə belə başa düşmək olar ki, hadisə 1992-ci il martın 8-9 aralığında lentə alınıb.
Azərbaycanın müxtəlif bölgələrindən döyüşçülərin çəkildiyi videogörüntülər sosial şəbəkələrdə böyük rezonans doğurub. Həmin kadrları şərhsiz olaraq təqdim edirik.