Naxçıvan avtomobil zavodunun istehsalı olan avtomobillər nəinki, “Avro-4”, eləcə də “Avro-5” standartlarına uyğundurlar.
Oxu.Az fins.az-a istinadən bildirir ki, bu haqda məlumatı müəssisənin satış üzrə meneceri Mətin Əliyev bildirib.
Qeyd edək ki, Azərbaycanda aprel ayının 1-də icbari standart “Avro-4” standartı tətbiq edilib və müvafiq olaraq bu standarta cavab verməyən bütün avtomobillərin idxalı dayandırılıb.
Menecerin sözlərinə görə, NAZ-da istehsal edilən avtomobillər 2012-ci ilin standartlarına uyğundur, yığılması yenicə mənimsənilən Nazlifan 330 avtomobili isə “Avro-5” standartlarına uyğundur.
Bu standarta digər modellərin də uyğunlaşdırılması planlaşdırılır.