Ən son xəbərləri bizim "Instagram" səhifəmizdə izləyin
Code Academy ilə Gələcəyi Kodlayın
Yüksək Texnologiyalar Parkında fəaliyyətə başlayan “Code Academy” İKT sektorundakı ehtiyacı nəzərə alaraq, real proqramlaşdırma bacarıqlarını öyrətməyi hədəfləyən layihədir. Bu layihənin əsas məqsədi ideyası olan gəncləri bu ideyaları həyata keçirmək üçün lazım olan texniki biliklərlə təmin etməkdir.
Belə ki, 29 iyun tarixində fəaliyyətə başlayan Code Academy-də intensiv tədris və real iş şəraitilə, 12 həftə (1 həftə onlayn + 10 həftə intensiv master-klas + 1 həftə karyera planlaşdırma) ərzində master-klaslar keçiriləcək. Proqram çərçivəsində iştirakçılara sıfırdan interaktiv web layihələrin yaradılması bacarıqları, HTML5 & CSS3, JavaScript əsasları, PHP&MySQL bilikləri ikili-proqramlaşdırma metodikası ilə tədris ediləcək.
Nəzəri biliklərlə yanaşı, proqram iştirakçıları həm də öyrəndikləri bilikləri real iş şəraitində təcrübəli və peşəkar mentorların nəzarətilə tətbiq edə biləcək. Həmçinin, iştirakçıların karyera planlaşladırmasına kömək etmək məqsədilə İKT sahəsində təcrübəli şəxslərin həftəlik workshop-ları təşkil olunacaq, bununla iştirakçılara fərqli yanaşmalar təqdim olunacaqdır. Proqramın yekununda karyera qurmaq üçün bir həftəlik tədrislə iştirakçılar həm intervyulara hazırlaşacaq, həm də onların böyük şirkətlərlə görüşləri təşkil ediləcəkdir.
Məzunlarımız İKT sahəsində real biliklər əldə etməklə yanaşı, Code Academy-nin təqdim etdiyi üstünlüklərdən faydalanacaq. Belə ki, UDEMY tədris portalıdan ödənişsiz istifadə, Akademiyanın şəbəkəsinə qoşulmaq və s. kimi üstünlüklər nəzərdə tutulmuşdur.
Dostlarımız arasında Microsoft və Uber-in olması Akademiyaya xüsusi dəyər qatır. Daha dəqiq desək, iştirakçıların master-klaslara tam fokuslanmalarını təmin etmək məqsədi ilə Uber tərəfindən ödənişsiz xüsusi sürücü xidməti təqdim ediləcək. Microsoft isə öz növbəsində Microsoft Office 365 və Bizspark proqramı üçün lisenziya ilə təmin edəcəkdir.
Master-klasların ümumi qiyməti 580 AZN-dır. 21 iyun tarixinədək qeydiyyatdan keçən hər şəxs 40 AZN endirim əldə edəcək. Xüsusi olaraq xanımlar üçün bütün müraciətlərdə 40 AZN güzəşt nəzərdə tutulur.
Qəbul prosesi bir neçə addımdan ibarətdir. Proqrama fundamental komputer bilikləri və böyük həvəsi olan hər kəs müraciət edə bilər. Müraciət etmək istəyənlər bu formu - https://goo.gl/xHOj6L doldurub göndərə bilər.
Daha geniş məlumatı www.codeacademy.az ünvanından əldə edə bilərsiniz.
Code Academy ilə Gələcəyi Kodlayın
Rəylər