Ən son xəbərləri bizim "Instagram" səhifəmizdə izləyin
COP29-a hazırlıq məqsədi ilə bəzi yerlərdə avtomobillərin hərəkət istiqaməti dəyişdiriləcək
2024-cü ilin oktyabrın 19-u gün ərzində və 19-dan 20-sinə keçən gecə saat 02:30-dan 05:30-dək COP29 tədbirinə hazırlıq məqsədi ilə paytaxtın bir sıra küçə və prospektlərində nəqliyyatın idarə edilməsi üzrə monitorinqlərin keçirilməsi üçün avtomobillərin hərəkət istiqaməti dəyişdiriləcək.
Oxu.Az xəbər verir ki, bu barədə Bakı Şəhər Dövlət Yol Polisi İdarəsi (DYPİ) və Avtomobil Yolları Nəqliyyatı Agentliyi (AYNA) birgə məlumat yayıb.
Bildirilib ki, bu məqsədlə Hava Limanı şosesi, Heydər Əliyev prospekti, Neftçilər prospekti və Yusif Səfərov, Niyazi, İstiqlaliyyət, Lermontov, Mikayıl Huseynov, Xəqani Rüstəmov, Teymur Elçin, Mehdi Hüseyn küçələrində avtomobillərin hərəkəti dəyişdiriləcək:
"Hərəkət iştirakçılarından xahiş edirik ki, monitorinq müddətində həmin istiqamətlər üzrə hərəkətdə tətbiq olunacaq məhdudiyyətləri nəzərə alsınlar. Hərəkətin təşkili DYP əməkdaşları tərəfindən tənzimlənəcək. Heydər Əliyev hava limanına gedəcək vətəndaşlardan səfərlərini tədbirdən daha öncə planlamaları və alternativ yollardan istifadə etmələri xahiş edilir. Eyni zamanda bildiririk ki, 19 oktyabr gündüz saatlarında şatl avtobuslarının fəaliyyətinin monitorinqi ilə bağlı həyata keçiriləcək tədbirlər zamanı yollarda hər hansı bir məhdudiyyət tətbiq olunmayacaq".
"Yollarda hərəkətin tənzimlənməsinə dair daha ətraflı məlumat DİN tərəfindən veriləcək", - deyə məlumatda qeyd edilib.
"COP29" teqi üzrə xəbərlər
- Direktor: "Azərbaycan informasiya mühitini çirkləndirmək istəyən müxtəlif dairələrin hədəfindədir"
- "Yaşıl artım portalı" karbonsuzlaşma üçün ən uyğun ölkələri müəyyən etməyə yardım olur
- Məşhur ingilis aktyor BMT-nin qala gecəsində Azərbaycandan bəhs edib
- COP29 "S&P"nin reytinq tərtibatına yanaşmasını dəyişib
- İki maddəlik Ermənistan: Müharibədə məğlub olan Paşinyan sülhü də uduzub
Rəylər