Ən son xəbərləri bizim Telegram kanalımızda izləyin
COP29 zolaqlarından hansı nəqliyyat vasitələri istifadə edə bilər?
COP29 zolaqlarından hansı nəqliyyat vasitələrinin istifadə edə biləcəyi açıqlanıb.
"Report" xəbər verir ki, bu barədə COP29 Əməliyyat Şirkəti Nəqliyyat Departamentinin rəhbəri Orxan Mahmudlu danışıb.
O, COP29 zolaqlarından hansı nəqliyyat vasitələrinin istifadə edə biləcəyinə də aydınlıq gətirib:
"COP29 zolaqları, əslində, avtobus zolaqlarıdır. Həmin zolaqların çəkilməsi onsuz da, nəzərdə tutulmuşdu. Sadəcə, COP29 tədbirinə görə bu proses daha da sürətləndirildi. COP29 zolaqları hansısa meyar və status baxımından avtobus zolaqlarından fərqlənmir.
Cərimələnmə mexanizmi və digər avtomobillərin bu zolaqlardan istifadə etdiyi zaman tətbiq olunan qaydalar eynidir. Bu zolaqlarda noyabr ayından etibarən, COP29 üçün nəzərdə tutulan avtobuslar, xüsusi taksilərin və avtomobillərin istifadəsi nəzərdə tutulur. Həmin zolaqlardan istifadə üçün xüsusi icazə vərəqələri və stikerləri istifadəsi nəzərdə tutulur".
"COP29" teqi üzrə xəbərlər
- Sülh və sabitlik hədəfləyən ortaq maraqlar: Azərbaycan və BƏƏ əməkdaşlığı uğurla inkişaf etdirilir
- Hakan Fidan: "Əməkdaşlığımızı fərqli regionlarda üçlü və dördlü formatlarda davam etdirəcəyik"
- Əli Əsədov: "Gürcüstanın iqlim dəyişiklikləri ilə mübarizədəki töhfəsini yüksək qiymətləndiririk"
- Nazir: "Azərbaycan və Gürcüstan müstəqil siyasət həyata keçirir"
- "Franklin Templeton" aktivlərin idarə edilməsi üzrə dünyanın aparıcı şirkətlərindən biridir
Rəylər