Ən son xəbərləri bizim "WhatsApp" kanalımızda izləyin
Türkiyədə "3+3" platforması üzrə XİN rəhbərlərinin iclası başlayıb
Bu dəqiqlərdə İstanbulda "3+3" platforması üzrə XİN rəhbərlərinin iclası başlayıb.
Oxu.Az Türkiyə mətbuatına istinadən xəbər verir ki, iclasda Türkiyə, Azərbaycan, Ermənistan, İran və Rusiya xarici işlər nazirləri iştirak edirlər.
Bu gün İstanbul şəhərində Azərbaycan, Türkiyə, Ermənistan, Rusiya və İranın xarici işlər nazirlərinin (XİN) iştirakı ilə "3+3" formatında xarici işlər nazirlərinin III görüşü keçiriləcək.
Oxu.Az xəbər verir ki, xarici işlər nazirləri səviyyəsində keçirilən iclasda Cənubi Qafqaz üzrə məsələlərin araşdırılması, regional əməkdaşlığın (siyasi, iqtisadi, təhlükəsizlik, tranzit, enerji və sairə) inkişaf etdirilməsi müzakirə olunacaq.
Qeyd edək ki, Ceyhun Bayramov "3+3" formatında görüşdə iştirak üçün artıq Türkiyəyə yollanıb.
Azərbaycanın XİN başçısı səfər çərçivəsində ikitərəfli görüşlər də keçirəcək.
"3+3 formatı" teqi üzrə xəbərlər
- Rusiya "3+3" platformasını təşkilata çevirmək üzərində işləyir
- Deputat: "Region üçün "3+3" formatından daha uğurlu platforma ola bilməz"
- Türkiyə XİN: "Cənubi Qafqazda davamlı sülh üçün region ölkələri ilə iş davam edəcək"
- Lavrov: "Ermənistan Türkiyə ilə birbaşa əlaqə qurmaq istəyir"
- "3+3" formatının qapıları Gürcüstan üçün hər zaman açıqdır - BƏYANAT
Rəylər