Ən son xəbərləri bizim "WhatsApp" kanalımızda izləyin
Corat qəsəbəsində yerləşən XVII əsrə aid Hacı Əmrulla hamamı
Hacı Əmrulla hamamı XVII əsrdə Hacı Əmrulla adlı şəxsin sifarişi ilə Corat qəsəbəsində, indiki Sülh küçəsində inşa edilib.
Tikili qəsəbədəki Cümə məscidinin yaxınlığında yerləşir.
Hacı Əmrulla hamamı qəsəbədə mövcud olan iki qədim hamamdan biri olsa da, onun yaxınlığında yerləşən digər hamamdan daha sonrakı tarixə olduğu üçün yerli əhali arasında ona "təzə hamam" da deyilir. Hamam günbəzşəkilli formaya malikdir.
"Köhnə hamam"dan fərqli olaraq "təzə hamam" şam işığı ilə deyil, mazutla qızdırılıb.
Əvvəllər Hacı Əmrulla hamamından istifadə etmək üçün sakinlər ya bir kiloqram buğda, ya da iki çörək və iki yumurta ödəməli olublar.
Hamam hazırda dövlət tərəfindən mühafizə edilsə də, fəaliyyət göstərmir.
PhotoStock.Az-ın əməkdaşı Hacı Əmrulla hamamında olub və ərazidən fotoreportaj hazırlayıb.
Daha çox foto burada: PhotoStock.Az
Rəylər