ABŞ-ın 41-ci prezidenti olmuş ata Corc Buşun bacısı Nensi Ellis Buş vəfat edib.
Bu barədə “Report” a istinadən xəbər verir.
Onun koronavirusdan dünyasını dəyişdiyi bildirilir.
Nensi Ellis Buşun oğlu bildirib ki, anası Massaçusets ştatındakı qocalar evində dünyasını dəyişib. Nəşr qeyd edir ki, uzunömürlü qadın dekabrın 30-da yüksək hərarətlə xəstəxanaya yerləşdirilib. Onun koronavirus testi müsbət olub. Nensi Buşun oğlu anasının COVID-19-dan vəfat etdiyini təsdiqləyib. Qeyd edib ki, son günlər Nensi Ellis Buşun səhhəti ağırlaşıb.
Nensi Buş 1926-cı ilin fevralında doğulub. O, yeddi nəfərlik ailənin yeganə qız övladı olub.
Dünyada COVID-19-a ən çox yoluxma ABŞ-da qeydə alınıb. Birləşmiş Ştatlarda 22,2 milyon insanda təhlükəli infeksiya aşkarlanıb. ABŞ həm də koronavirusdan ölüm hallarının sayına görə dünyada birincidir.