Ən son xəbərləri bizim "Instagram" səhifəmizdə izləyin

Daha 109 şəhidin vərəsələrinə birdəfəlik ödəmə verildi - Proqram 93 faiz icra olunub
Azərbaycan Prezidenti İlham Əliyevin müvafiq fərmanının icrası olaraq, Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyindəki komissiya daha 109 şəhidin 185 vərəsəsinə birdəfəlik ödəmənin (11 min manat) verilməsinə dair qərar qəbul edib.
Nazirlikdən verilən məlumata əsasən, birdəfəlik ödəmələr yaxın günlərdə həmin vərəsələrin bank hesablarına köçürüləcək.
Ümumilikdə 12 268 şəhidin vərəsələrinin birdəfəlik ödəmə almaq hüququ müəyyən edilib. Bu günədək onlardan artıq 11 403 şəhidin 16 949 vərəsəsinin birdəfəlik ödəmə ilə təminatına dair qərar qəbul olunub.
Şəhidlərin vərəsələrinin birdəfəlik ödəmə ilə təminatı proqramı artıq 93 faiz icra olunub.
"İlham Əliyev" teqi üzrə xəbərlər
- Dünya nizamında yeni mərkəz: Bakı-Pekin marşrutu
- Azərbaycan Prezidenti İlham Əliyev Çin Xalq Respublikasında səfərdədir
- Azərbaycan-Çin münasibətləri: Getdikcə dərinləşən strateji tərəfdaşlıq qlobal əməkdaşlığa çevrilir
- İlham Əliyev: "Azərbaycan-Çin strateji tərəfdaşlığı yeni müsbət məzmunla zənginləşir"
- Prezident: "Kəmər və yol" təşəbbüsü çərçivəsində Çinlə əməkdaşlığı genişləndiririk"