Ən son xəbərləri bizim "Facebook" səhifəmizdə izləyin
Daha 1909 sürücü karantin rejimini pozduğu üçün inzibati məsuliyyətə cəlb edildi - VİDEO
Baş Dövlət Yol Polisi İdarəsi (BDYPİ) xüsusi karantin rejiminin pozulması halları ilə bağlı məlumat yayıb.
BDYPİ-dən verilən məlumata görə, 10.04.2020-ci il saat 00:00-dan 11.04.2020-ci il saat 00:00-dək olan müddət ərzində respublikanın avtomobil yollarında nəqliyyat vasitələri ilə hərəkətdə olan 1 909 nəfər karantin rejimini pozduğu üçün İnzibati Xətalar Məcəlləsinin 211-ci maddəsi ilə inzibati məsuliyyətə cəlb edilib.
Ümumilikdə, 01.04.2020-ci ildən bu günədək respublikanın, o cümlədən, paytaxtın avtomobil yollarında xüsusi karantin rejiminin pozulmasına görə 13 227 hərəkət iştirakçısı inzibati məsuliyyətə cəlb edilib.
"Baş Dövlət Yol Polisi İdarəsi (BDYPİ)" teqi üzrə xəbərlər
- Yasamalda iki avtomobil toqquşub: Xəsarət alanlar var
- DYP-dən küləkli hava ilə bağlı yol hərəkəti iştirakçılarına MÜRACİƏT
- DYP-dən avtobus zolağına daxil olan minik avtomobillərinə növbəti XƏBƏRDARLIQ
- Bu ilin 10 ayında avtomobil qəzalarında ölən velosipedçilərin sayı AÇIQLANDI
- Yolayrıcını keçmə qaydasına məhəl qoymayan sürücü qəzaya səbəb oldu
Rəylər