Ötən gün Astara Mərkəzi Rayon Xəstəxanasında baş verən ana ölümünün səbəbləri Səhiyyə Nazirliyinin Doğuşa Yardım Komissiyası tərəfindən araşdırılacaq.
Oxu.Az xəbər verir ki, bu barədə APA-ya Səhiyyə Nazirliyinin mətbuat xidmətinin rəhbəri Anar Qədirli məlumat verib.
Qeyd edək ki, Astara şəhər sakini Nərmin Əsgərova mayın 11-də doğuşdan sonra dünyasını dəyişib. Körpənin vəziyyəti isə normaldır.
13:21
Azərbaycanda daha bir ana ölümü baş verib.
Oxu.Az APA-ya istinadən xəbər verir ki, bu barədə Astara rayon Polis Şöbəsindən bildirilib.
Hadisə mayın 11-də Astara Mərkəzi Rayon Xəstəxanasında qeydə alınıb.
Astara şəhər sakini Nərmin Əsgərova doğuşdan sonra dünyasını dəyişib. Körpənin vəziyyəti isə normaldır.
Faktla bağlı araşdırma aparılır.