Ağcabədi rayonunda üç nəfərin ölümü, bir nəfərin ağır xəsarət alması ilə nəticələnən yol qəzası baş verib.
Oxu.Az xəbər verir ki, APA-nın xəbərinə görə, Mingəçevir-Bəhrəmtəpə yolunun Ağcabədi rayonunun Qaradolaq kəndi ərazisindən keçən hissəsində “Chevrolet” markalı minik maşını ağaca çırpılıb.
Daxili İşlər Nazirliyindən verilən məlumata görə, qəza nəticəsində 1982-ci il təvəllüdlü Namiq Cəmil oğlu Əliyev, 1970-ci il təvəllüdlü Nizami Məhəmməd oğlu Muradov və 1960-cı il təvəllüdlü Aydın Sarı oğlu Mustafayev ölüblər.
1964-cü il təvəllüdlü Əhəd Mehman oğlu Quliyev isə qəzada müxtəlif dərəcəli bədən xəsarətləri alıb.