Azərbaycan Ordusunun əsgəri tabeliyindəki silahla özünü vurub.
Oxu.Az APA-ya istinadən xəbər verir ki, hadisə Müdafiə Nazirliyinin cəbhə bölgəsində yerləşən “N” saylı hərbi hissəsində qeydə alınıb.
Həmin hərbi hissənin əsgəri, 1994-cü il təvəllüdlü Nazim Hamlet oğlu Zahirov tabeliyindəki avtomat silahdan açılan atəş nəticəsində yaralanıb. Yaralı əsgər hospitala yerləşdirilib.
Hadisənin başvermə səbəbləri hələlik məlum deyil.
Müdafiə Nazirliyinin mətbuat xidmətindən hadisəyə münasibət öyrənmək mümkün olmayıb.