Bu gecə saat 00:30 radələrində Bakının Binəqədi rayonu ərazisində 33 yaşlı kişi ürək nahiyəsindən bıçaqlanıb.
Oxu.Az ANS PRESS-ə istinadən xəbər verir ki, Binəqədi rayon Polis İdarəsi 7-ci polis bölməsindən verilən məlumata görə, 9-cu mikrorayon, M.Cəlal küçəsində 1980-ci il təvəllüdlü Qabil Hacıyev çoxsaylı bıçaq xəsarətləri alıb.
Ona ağır zərbəni ürək nahiyəsindən vurublar. Q.Hacıyevi qan içində tapan hadisə şahidləri onu xəstəxanaya yerləşdiriblər.
Polislər hadisəni törədən şəxsi axtarır.
Faktla bağlı araşdırma aparılır.