Azərbaycan Texniki Universitetinin tələbəsi intihar edib.
Oxu.Az APA-ya istinadən xəbər verir ki, Nərimanov Rayon Polis İdarəsindən verilən məlumata görə, hadisə bu gün Ziya Bünyadov prospekti, ev-5 ünvanının qarşısında qeydə alınıb.
1995-ci il təvəllüdlü Etibar Nazim oğlu İmamzadə özünü ağacdan asaraq intihar edib.
Polisdən, həmçinin bildiriblər ki, E.İmamzadə Azərbaycan Texniki Universitetinin ikinci kurs tələbəsidir.
Hazırda intiharın səbəbləri araşdırılır.
Faktla bağlı cinayət işi açılıb, araşdırma aparılır.