Gəncədə xəstəxananın şöbə müdiri vəfat edib.
Oxu.Az-ın məlumatına görə, Gəncə Psixiatriya Xəstəxanasında şöbə müdiri vəzifəsində çalışmış 1961-ci il təvəllüdlü Rafiq Əliyev dünyasını dəyişib.
Onun qəfil öldüyü bildirilir.
Qeyd edək ki, bu gün "Caspian International Hospital"ın təcili tibbi yardım həkimi Vüqar Vahid oğlu İbrahimov da qəfil dünyasını dəyişib.
Yusuf Məmmədli
Qaynar xətt:
(055) 224 12 12