Azərbaycanın bəzi avtomobil yollarında görünüş məsafəsi məhdudlaşacaq.
Oxu.Az xəbər verir ki, bu barədə Milli Hidrometeorologiya Xidməti məlumat yayıb.
Bildirilib ki, noyabrın 16-da ölkə ərazisində yağıntılı və dumanlı hava şəraiti ilə əlaqədar magistral avtomobil yollarında görünüş məsafəsinin 500-1000 metrədək azalacağı gözlənilir.
Qaynar xətt:
(055) 224 12 12