Ordubad rayonunda baş verən yol-nəqliyyat hadisəsi ilə bağlı bəzi təfərrüat məlum olub.
Oxu.Az-ın əldə etdiyi məlumata görə, mikroavtobusda olan şəxslər qəbir ziyarətinə gedirmişlər. Yaralıların əksəriyyətinin qadın olduğu bildirilir.
Faktla bağlı araşdırma aparılır.
Ordubad rayonunda yol-nəqliyyat hadisəsi baş verib.
Oxu.Az-ın əldə etdiyi məlumata görə, qəza rayonun Dırnıs kəndi ərazisində qeydə alınıb.
Hadisə zamanı mikroavtobus aşıb. Qəza nəticəsində 10-dan çox şəxsin xəsarət aldığı bildirilir.
Hadisənin təfərrüatı dəqiqləşdirilir.
İqbal Ziya