Abşeron rayonunda dəhşətli intihar hadisəsi olub.
Oxu.Az Milli.Az-a istinadən xəbər verir ki, dünən Xırdalan şəhərində orta yaşlı kişi özünü binanın 8-ci mərtəbəsindən atıb.
O, binanın həyətində dayanmış avtomobilin üzərinə düşüb. Kişi hadisə yerindəcə dünyasını dəyişib. Maşına isə ciddi ziyan dəyib.
Abşeron rayon Polis Şöbəsindən bildirildi ki, özünü öldürən şəxs 52 yaşlı Rövşən Məmmədovdur. Onun özünə qəsd etməsinin səbəbi açıqlanmır.