Bərdənin mərkəzində iki sahibsiz dana sakinlərə çətin anlar yaşadıblar.
Oxu.Az Qafqazinfo-ya istinadən xəbər verir ki, şəhərin Bakı küçəsində qeydə alınan hadisə zamanı dana avtomobil yolunda sağa-sola hərəkət edərək sürücüləri çaşdırıb. Heyvanlar yolda qəza vəziyyəti yaradıblar.
Evlərə və mağazalara girən danalar sahibkarlara maddi ziyan da vurublar.
Otlaq sahəsindən hörükdən açılan danalar bir neçə saatdan sonra sahibləri tərəfindən tutulublar.