Daşkəsən rayonunda ölümlə nəticələnən yol-nəqliyyat hadisəsi baş verib.
Oxu.Az-ın bölgə müxbiri xəbər verir ki, hadisə rayonun Xoşbulaq kəndində qeydə alınıb.
“VAZ-2107” markalı avtomobil beş yaşlı uşağı vurub.
2014-cü il təvəllüdlü Amin Hüseynov aldığı xəsarətlərdən hadisə yerində ölüb.
Faktla bağlı Daşkəsən Rayon Polis şöbəsində araşdırma aparılır.