Daşkəsən rayon Şəhidlər xiyabanında Vətən müharibəsi şəhidi gizir Abdullayev Şəhriyar Kamil oğlunun anım günü qeyd olunub.
Tədbirdə Daşkəsən və Kəlbəcər rayon rəsmiləri, ictimaiyyət nümayəndələri, şəhidlərin ailə üzvləri, rayonun şəhid anaları, qazilər və KİV mənsubları iştirak ediblər.
Şəhidlərimizin xatirəsi bir dəqiqəlik sükutla yad edilib, ölkəmizin ərazi bütövlüyü uğrunda şəhid olan vətən övladlarının ruhuna dualar oxunub.
