Ən son xəbərləri bizim "Instagram" səhifəmizdə izləyin

Daşkəsəndə Vətən müharibəsinin ildönümü ilə əlaqədar anım tədbiri keçirilib
"Zəfər" Şəhid Ailələrinə Dəstək İctimai Birliyinin təşkilatçılığı və Daşkəsən Rayon İcra Hakimiyyətinin dəstəyi ilə 9 oktyabr 2024-cü il tarixində 44 günlük Vətən müharibəsinin 4-cü ildönümü ilə əlaqədar anım tədbiri keçirilib.
Oxu.Az xəbər verir ki, tədbirdən öncə "Zəfər" Şəhid Ailələrinə Dəstək İctimai Birliyinin sədri Sevinc Orucova və Daşkəsən Rayon İcra Hakimiyyətinin nümayəndələri Daşkəsən rayonunun Şəhidlər xiyabanını ziyarət ediblər.
Birinci və İkinci Qarabağ müharibəsi şəhidlərinin ailələrinin iştirakı ilə keçirilən tədbir dövlət himninin səslənməsi və şəhidlərimizin əziz xatirəsinin bir dəqiqəlik sükutla yad edilməsi ilə başlanıb. Tədbir ərzində Vətən uğrunda canlarından keçən qəhrəman şəhidlərimizin xatirəsi yad edilib.
Tədbirin sonunda 80-dən çox şəhid ailəsi üzvləri üçün ehsan süfrəsi açılıb və onlara müqəddəs Quran kitabları hədiyyə olunub.
"Zəfər Şəhid Ailələrinə Dəstək İctimai Birliyi" teqi üzrə xəbərlər
- "Konstitusiya və Suverenlik" ili ilə əlaqədar gənclər arasında intellektual oyun keçirilib
- "Zəfər" İB Kopenhagendə keçirilən Zəfər günü tədbirində iştirak edib
- Şəhidlərin ailə üzvlərinin əl işlərindən ibarət sərgi-satış yarmarkası keçirilib
- "Təhsil" yay düşərgəsinin iştirakçıları "Qarabağ" FK-nın bazasını ziyarət ediblər
- Şəhid övladlarının "Məzun günü" keçirilib