Ən son xəbərləri bizim "X" səhifəmizdə izləyin

Daşkəsəndə yanacaqdaşıyan maşın AŞDI: Ölənlər var
Fövqəladə Hallar Nazirliyi (FHN) Daşkəsəndəki ağır yol qəzası ilə bağlı məlumat yayıb.
Nazirlikdən Oxu.Az-a bildirilib ki, Böhran Vəziyyətlərində İdarəetmə Mərkəzinə Daşkəsən rayonunda yol-nəqliyyat hadisəsinin baş verməsi ilə əlaqədar xilasedici köməyinə ehtiyac yaranması barədə məlumat daxil olub.
Dərhal FHN-nin Dövlət Yanğından Mühafizə Xidmətinin müvafiq xilasetmə qüvvələri çağırış üzrə cəlb olunublar.
Əməliyyat şəraiti qiymətləndirilərkən müəyyən olunub ki, "Ural" markalı yanacaqdaşıyan avtomobil dərəyə aşıb, 2 nəfər köməksiz vəziyyətdə qalıb.
"Həyata keçirilən xilasetmə tədbirləri nəticəsində sıxılmış vəziyyətdə qalan 2 nəfərin meyiti çıxarılaraq aidiyyəti üzrə təhvil verilib", - məlumatda qeyd olunub.
Daşkəsəndə yanacaqdaşıyan maşın aşıb, ölənlər var.
Oxu.Az "Report"a istinadən xəbər verir ki, yanacaqdaşıyan yük avtomobili idarəetmədən çıxaraq dərəyə aşıb.
Qəza nəticəsində 58 yaşlı Fəxrəddin Həsənov və 27 yaşlı Orxan Səmədov hadisə yerində dünyasını dəyişib.
Faktla bağlı araşdırma aparılır.
"Yol-nəqliyyat hadisəsi" teqi üzrə xəbərlər
- Bakıda buzlu yolda baş verən qəzaların ANBAAN GÖRÜNTÜLƏRİ
- Ötən gün ölkə ərazisində bir qəza baş verib, beş nəfər xəsarət alıb
- Aeroport yolunda zəncirvari QƏZA
- Hacıqabulda yük avtomobillərinin toqquşması nəticəsində xəsarət alan şəxsin SON DURUMU AÇIQLANDI
- Binəqədidə baş verən dəhşətli qəzada xəsarət alan şəxsin son durumu AÇIQLANDI