Daşkəsəndə leysan yağışları nəticəsində rayona sel gəlib.
Oxu.Az ANS PRESS-ə istinadən xəbər verir ki, sel Daşkəsəndə yol infrastrukturuna ciddi ziyan vurub.
Belə ki, sel Daşkəsən-Xoşbulaq yoluna qaya parçaları gətirib. Nəticədə yolda nəqliyyatın hərəkəti dayanıb. Yuxarı Daşkəsən istiqamətində də çınqıl, qaya daşlarının yola tökülməsi nəqliyyatın hərəkətini dayandırıb.
Daşkəsən Fövqəladə Hallar Komissiyasının sədri Cavanşir Qocayev ANS PRESS-ə açıqlamasında bildirib ki, görülən işlər nəticəsində Xoşbulaqda yol açılıb:
“Yuxarı Daşkəsən istiqamətində yol hələ də bağlıdır. Bu istiqamətdə də işlər aparılır”.