Nazirlər Kabinetinin “Təhsilin bakalavr və magistr səviyyəsində təşkili ilə bağlı” müvafiq qərarı var və bu, fevralın 25-dən qüvvəyə minəcək.
Oxu.Az APA-ya istinadən xəbər verir ki, Təhsil Nazirliyinin Elm, ali və orta ixtisas təhsil şöbəsinin müdir müavini Yaqub Piriyev bildirib ki, yeni qərarda tələbənin dərsə davamiyyət limiti 25% nəzərdə tutulub.
Onun sözlərinə görə, bu qərara əsasən, tələbə ümumi 30-40% dərs buraxdığı halda belə universitetdən xaric olunmayacaq:
“Təhsilin İnkişafı üzrə Dövlət Strategiyasında da ömür boyu təhsil nəzərdə tutulub. Biz belə qərara gəlmişik ki, tələbə dərsə davamiyyət limitini keçdiyi halda belə universitetdən xaric olunmasın. Sadəcə olaraq, tələbə imtahana buraxılmır, dərsi yenidən oxumalı, yay məktəbində, gələn semestr ərzində müvafiq dərsi yenidən oxuyandan sonra imtahan verərək kursu keçə bilər”.